Kimya zavodunda partlayış: 2 ölü, 9 yaralı

Çinin Benbu şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində iki nəfər həlak olub.

Bu barədə “Sinxua” agentliyi xəbər verib.

Məlumata əsasən, təmirdə olan ehtiyat rezervuarında qalmış işçilərdən birini xilasetmə əməliyyatı zamanı partlayış olub.

Hadisə nəticəsində fəhlə və onu xilas etməyə gələn yanğınsöndürən həlak olub, daha doqquz nəfər isə xəsarət alıb. Yaralananlar Benbu xəstəxanasına yerləşdirilib (Trend).

Share: