
Aksiyanın on birinci günü axşam saatlarında etirazçılar üzərində “Save nature” yazılan böyük şarı havaya qaldırıblar.
Modern.az xəbər verir ki, könüllülər ənənəvi şüarlarla aksiyanı davam etdirirlər.
Aksiya iştirakçıları qeyd edirlər ki, bu, Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar əminliklə bildirirlər ki, tələbləri yerinə yetirilməyənədək geri çəkilməyəcəklər. Bütün bunlar bu gün Azərbaycanda vətənpərvər, savadlı və qətiyyətli gəncliyin yetişdiyini göstərir.