Ceyhun Bayramov sabah Lavrovla görüşəcək

Ceyhun Bayramov sabah Lavrovla görüşəcək

Sabah Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

 

Rusiya XİN-nin məlumatına görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.

Mənbə

Share: