Zelenski polşalı həmkarı ilə görüşdü 

Zelenski polşalı həmkarı ilə görüşdü 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan ölkəsinə qayıtmazdan əvvəl Polşanın Rzeşov şəhərinin hava limanında bu ölkənin prezidenti Anjey Duda ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

 2 saat davam edən görüş zamanı Zelenskinin ABŞ-yə səfərinin təfərrüatları və Polşa ilə Ukrayna arasında münasibətlər müzakirə olunub.

Mənbə

Share: