Hakerlər saxta domenlər hazırlayıb – Dövlət Xidməti

Hakerlər saxta domenlər hazırlayıb – Dövlət Xidməti

Hazırda “gov.az” domen zonasında dövlət qurumlarına aid 730 domen və 1310 subdomen var.

Modern.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

T.Məmmədovun sözlərinə görə, hakerlər “gov.az” domeninə oxşar saxta domenlər hazırlayıb:

 

“Qeyd etdiyim 730 domen adına bağlı informasiya ehtiyatlarının 540-ı hazırda XRİTDX data mərkəzində ödənişsiz olaraq saxlanılmaqdadır. Bu vaxta qədər “gov.az” domeninin 40-a qədər oxşarını hazırlayıblar və biz onun bloklanmasını həyata keçirmişik”.

Mənbə

Share: