Qorxunc festival -Minlərlə iti diri-diri yandırırlar

Hər il Çinin Yulin əyalətində həyata keçirilən it əti festivalına dünyanın dörd bir tərəfindən etiraz gəlir.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu ildə keçiriləcək bu qorxunc festivalda təxminən 3 min itin diri-diri yandırılması planlaşdırılır.

Ağılalmaz festival heyvan haqları müdafiəçiləri etirazına səbəb olub. Bir çox heyvansevər festivalın qadağan olunmasını tələb edib.

Yerli rəhbərlik vəzifəlilərin festivalı dəstəkləmədiyini bildirib.

Qorxunc festivalda liçi meyvəsi və it ətindən bişirilmiş yemək yeyilir.

Share: