“Putin Avropaya şans verir” – Təbliğatçılar üçün Kremlin metodiki tövsiyələri…
“Rusiyada hazırda 89 region var və sahəsi 80 min kv km artıb…”
“Putinin reytinqi güclənib, rusiyalılar xüsusi əməliyyata şəksiz dəstək verir…”
“Avropa ölkələrinin gələcəyi yalnız Rusiya ilə sıx əməkdaşlıqdadır…”
Rusiya Federasiyasının prezidenti administrasiyası dövlət və hakimiyyətyönümlü KİV-lər üçün 2022-ci ilin yekunlarına dair metodiki tövsiyələr hazırlayıb.
Moderator.az xəbər verir ki, bu barədə “Meduza” portalı yazıb.
Sənəd 4 hissədən ibarətdir.
“Ən başlıcası”
Bu bölmədə vurğulanır ki, Rusiya prezidenti Vladimir Putin ordusunu Ukraynaya göndərməklə Rusiyanı NATO-nun hücumundan qoruyub, çünki hələ 2014-cü ildən Qərb ölkələri “rus xalqını parçalamaq və ram etmək” niyyətində olub.
“Meduza” xatırladır ki, məhz 2014-cü ildə Rusiya Krımı ilhaq edib və Donbasda münaqişə törədib.
“Xüsusi hərbi əmliyyat” (Rusiya hakimiyyəti Ukrayna ilə müharibəni belə adlandırır)
Bu hissədə metodiki tövsiyə tərtib edənlər “xüsusi əməliyyat”ın uğurla keçdiyini, Rusiya ordusunun “milyonlarla rus insanını müdafiə etməsi, rus torpaqlarını geri qaytarması və milli təhlükəsizıiyi möhkəmləndirməsi” barədə məlumat verməyi tələb edib.
“Rusiyada hazırda 89 region var, sahəsi isə 80 min kv km-dən artıq çoxalıb. Bu ərazi Krımın ərazisindən üç dəfə, Slovakiya və ya Xorvatiya, Danimarka və ya İsveçrədən iki dəfə çoxdur.
Rusiya sərhədlərinin Zaporojye və Xerson vilayətləri ilə birləşməsi hesabına Krım daha Rusiyanın qitə hissəsindən ayrılan “ada” deyil”, – metodiki tövsiyədə deylir.
Nəşr qeyd edir ki, müəlliflər Moskvanın ilhaq edilən bu dörd vilayətinin heç birisinə tam nəzarət etmədiyini, həmçinin Rusiya ordusu tərəfindən Ukraynanın 24 fevraldan sonra ələ keçirdiyi yeganə regional mərkəzi olan Xersonu itirdiyini xatırlatmayıb.
“Rusiyanın güclənməsi”
Bu hissədə əsas diqqəti “cəmiyyətin sıx birləşməsi”, Putinin yüksək reytinqi (“Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi”nin dəyərləndirməsinə görə, ona respondentlərin 78, 5 %-i, “İctimai rəy” fondunun məlumatına görə isə 77 % etimad göstərir), “rusiyalıların xüsusi əməliyyata şəksiz dəstək verməsi”nə yönəltmək məsləhət görülür.
Həmçinin “Rusiya iqtisadiyyatının inkişafı üçün böyük ehtiyat potensialı” barədə danışmaq tələb edilir.
“Yeni dünya düzəni”
Bu bölmədə xatırlanır ki, Rusiya “Qərbin müstəsnalığını qəbul etməyən” “ölkələrin lideridir” və “ədalətli, demokratik və çoxqütblü dünyanın lideridir”.
Kremlin metodiki tövsiyələrində deyilir: Putin “Avropaya subyektliyini qeri qaytarmağa və gələcəyini düşünməyə şans verir”.
İndi isə Avropa ölkələri ABŞ-ın “vassalları” və “əyalətləri”dir və onların gələcəyi yalnız “Rusiya ilə sıx əməkdaşlıqdadır”.