Yeni il gecəsi ruslardan Kiyevə “MƏRMİ QONAQLIĞI”

Yeni il gecəsi ruslardan Kiyevə “MƏRMİ QONAQLIĞI”

Rusiya ordusu Yeni il axşamı Ukraynaya genişmiqyaslı hücum edib. Kiyevdə hava hücumundan müdafiə sistemi işə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Bununla bərabər əks cavab nəticəsində Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib. 

 

Məlumata görə, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb.

Mənbə

Share: