Rusiyanın yeni itkiləri açıqlandı

Rusiyanın yeni itkiləri açıqlandı

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 106 720 nəfər canlı qüvvə itirib.

 

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 031 tank, 6 084 zirehli maşın, 2 021 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi sıradan çıxarılıb.

 

Məlumata görə, 213 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 269 helikopter, 1 792 PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 4 720 avtomobil texnikası da məhv edilən texnikalar sırasındadır.

Mənbə

Share: