Sankt-Peterburqda baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Sankt-Peterburqda baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Sankt-Peterburq şəhərinin qərbində yanğın baş verib, nəticədə iki nəfər ölüb.

 

Bu barədə REN TV telekanalı məlumat yayıb.

 

Belə ki, Baltiyskaya küçəsi 25 ünvanında yerləşən binada iki otaqlı mənzil yanıb. Ümumilikdə yanğın 35 kvadratmetr ərazini əhatə edib.

 

Hadisə yerinə gələn xilasedicilər yanğını 48 dəqiqəyə söndürüblər. Yanğın zamanı iki nəfər ölüb, xəsarət alan dörd nəfər isə xəstəxanaya çatdırılıb.

 

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Mənbə

Share: