Ukrayna Rusiyanın kəndini işıqsız qoydu

Ukrayna Rusiyanın kəndini işıqsız qoydu

Ukraynaya məxsus pilotsuz təyyarə Rusiyanın Bryansk vilayətinin Klimovski yaşayış məntəqəsinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib.

 

“Bu səhər Ukrayna PUA-ları Klimovski rayonuna hücum edib. Tələfat yoxdur. Hücum nəticəsində elektrik təchizatı obyektinə ziyan dəyib. Bu səbəbdən hazırda kənddə elektrik enerjisi yoxdur. Xilasetmə xidmətləri hadisə yerindədir”,- o, “Telegram” hesabında yazıb.

Mənbə

Share: