Həbsxanada iğtişaş – 14 nəfər öldü

Həbsxanada iğtişaş – 14 nəfər öldü

Meksikanın Çihuahua əyalətində yerləşən Juarez həbsxanasının 3 saylı Dövlət Sosial Reinteqrasiya Mərkəzində iğtişaş baş verib. 

 

Modern.az xəbər verir ki, bu barədə Juarez şəhərinin meri Kruz Peres Kuellar mətbuata açıqlamasında bildirib.

 

Şəhər merinin sözlərinə görə, iğtişaşlar nəticəsində 14 nəfər həlak olub. Həlak olanlardan 10-u həbsxana mühafizəçisi olub.

 

Hadisə ilə bağlı Çihuahua Prokurorluğu da məlumat yayıb. Prokurorluğun məlumatına görə, həbsxanada vəziyyətə nəzarət ələ keçirilib və hadisə ilə bağlı 5 nəfər saxlanılıb.

 

Mənbə

Share: