
Türkiyənin Mardin şəhərində ağır yol qəza hadisəsi baş verib.
Modern.az xəbər verir ki, mikroavtobus tipli maşın Midyat-Ömerli avtomobil yolunda aşıb.
İlkin məlumata görə mikroavtobusda olan 6 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Məlumatın daxil olan kimi əraziyə jandarma və sağlamlıq qrupları gəlib.
Yaralılardan 3-ü Midyata, 2-si isə Mardində xəstəxanalara aparılıb.
Qeyd edək ki, mikroavtobusun sürücüsünün kimliyi və nömrəsi hələ müəyyən edilməyib.