“Qazmanovu, Kirkorovu, Dolinanı harada görsəniz, üzlərinə tüpürün, onlar adam deyil…”

Qazmanov Dubayda çıxışı zaman iki naməlum şəxsin hücumuna məruz qalıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Kuryer-sreda” nəşri məlumat yayıb.

 

Rusiyanın polulyar müğənnisi və mahnılar müəllifi Oleq Qazmanov  Dubayda çıxışı zamanı ciddi insident yaşayıb. 

 

Publika ilə birgə “Aydın günlər” kompozisiyasını ifa edərkən iki kişi ona yaxınlaşıb. Elə səhnədəcə musiqiçinin kimin-Putin, yoxsa Ukraynanın tərəfində olduğunu aydınlaşdırmağa cəhd edib.

 

Naməlum şəxslər öz təkidində qətiyyətli olub. Onlar 71 yaşlı Kremlyönlü müğənnidən camaatın qatşısında mikrofonla Rusiyanın hərbi təcavüzünə öz münasibətini elan etməyi tələb edib.

 

Qazmanov üçün təhlükəli Yeni il gecəsində yazılan videoçarxı “Namalaxov Slivki” “Telegram-kanal”ı dərc edib.

 

Videoda mahnı ifa edən müğənniyə naməlum şəxslərin yaxınlaşdığı və nəsə dedikləri yaxşı görünür.

 

Təhlükəni hiss edən Qazmanov əvvəlcə zarafatyana, “qardaşcasına” onun dirsəyindən yapışan iki həmsöhbətindən birini bağrına basmağa cəhd edib, lakin o, kəskin formada geri çəkilərək müğənninin mikrofonuna ucadan deyib: “Müharibəyə yox deyirik!” 

 

Bu toqquşmanı kameraya çəkən Qazmanova yaxınlaşanda müğənninin opponetlərinin ondan nə istədikləri aydınlaşıb.

 

Onlardan biri tələb edib ki, “müharibəyə tərəfdar olmadığını desin”.

 

Qazmanov vəziyyəti yumşaltmağa səy göstərərək, zarafatla canını qurtarmaq istəyib. Lakin ona yaxınlaşanlar tələblərində təkidli olub.

 

“De ki, sən Ukraynaya tərəfdarsan, – onlar təkidlə tələb edib və mikrofonu göstəriblər. – Buradan söylə ki, sən müharibəyə tərəfdar deyilsən!”

 

Belə vəziyyətdə etiraz etməyin mənasız olduğunu anlayaraq, artist var qüvvəsi ilə münaqişəni yatırtmaq istəyib. “Uşaqlar, gəlin, istirahət edək”, – Qazmanov deyib.

 

Buradaca videoçarx kəsilir və toqquşmanın nə ilə bitdiyi bəlli deyil.

 

Oleq Qazmanov Rusiyanın ən vətənpərvər ruhlu artistlərindən biridir. O, Rusiya prezidenti Vladimir Putinin Ukraynada törətdiyi qanlı müharibəyə və Rusiya qoşunlarının yad ərazilərinin zəbt etməsinə dəstək verib. 

 

2022-ci ilin oktyabrın 6-dan bu dəstəyinə görə Kremlyönlü müğənni Avropa İttifaqı ölkələrinin sanksiyaları altındadır.

 

Ukraynanın “Espresso-TV” kanalı iddia edir ki, mart ayında Oleq Qazmanov İsrail pasportu almağa cəhd edib, lakin, guya” özünün yəhudi əsilli olması barədə sübutların saxta olduğu səbəbindən bundan imtina edilib.

 

Mart ayında Ukrayna məhkəməsi rusiyalı müğənninin həbsinə order verib. Qazmanov “konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorla dəyişdirilməsi və ya devrilməsi, Ukrayna ərazilərinin və ya dövlət sərhədlərinin dəyişdirilməsi məqsədilə törədilən hərəkətlərin maliyyələşməsində” ittiham edilib.

 

Bunu o zaman SİTA agentliyi Ukrayna baş prokuroru İrina Venediktovanın bəyanatına istinadən məlumat verib.

 

Tanınmış ukraynalı jurnalist Dmitri Qordon həmvətənlərinə Qazmanovun, Baskovun, Kirkorovun, Dolinanın və “digər təbliğat zibilləri”nin üzünə tüpürməyə çağırış edib.

 

“Onları harada görsəniz üzlərinə tüpürün və deyin ki, faşistlər, əclaflar, hamınız murdar olasınız. Onlar adam deyil, onlar tullantılardır”, – Qordon deyib.

Mənbə

Share: