Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən əməliyyat paytaxt Ankara şəhərində baş tutub.
Nəticədə 22 nəfər saxlanılıb. Saxlanılanlardan bəziləri yüksək rütbəlilər olub.
Onların FETÖ-nün jandarm qüvvələri daxilində şəbəkələşməsində iştirak etdiyi bildirilir.
Hazırda digər şübhəlilərin saxlanması istiqamətində tədbirlərin görüldüyü və saxlanılan şəxslərlə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.