Sülhməramlıların daha bir maşını Laçın yolundan keçdi

Rusiya sülhməramlılarına məxsus daha bir minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

 

Modern.az xəbər verir ki, bundan əvvəl gün ərzində sülhməramlılara aid bir neçə təminat maşınının keçidinə şərait yaradılıb.

 

***

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Məlumata görə, Xankəndidən Laçın istiqamətinə 6 avtomobil keçib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Xatırladaq ki, Xankəndi-Laçın yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  keçirilən etiraz aksiyası 23 gündür davam edir.

Mənbə

Share: