“Neftçi” millimizin müdafiəçisi ilə anlaşdı

Hamı “Neftçi”dən legioner transfer gözləyərkən, “ağ-qaralar” qış transfer kampaniyasını gözlənilməz yerli transfer ilə açdı.

 

Football.az saytının əldə etdiyi eksklüziv məlumata görə, “Neftçi” sıralarını Höccət Haqverdi ilə gücləndirdi. 29-yaşlı milliləşdirmiş legioner artıq “ağ-qaralar” ilə 2,5 illik anlaşdı. “Neftçi” bu keçid üçün müəyyən transfer haqqından keçdiyini da bildirək.

 

İran futbolunun yetirməsi olan Haqverdi ölkəmizə 2021-ci ildə təşrif buyurub. O, əvvəlcə “Sumqayıt”da, ardınca isə milli komandamızda debüt edib. Ötən yay Höccət vətəninə qayıdaraq, “Traktor” klubu ilə müqavilə bağladı. 2022-ci ildə Haqverdi yığmamızda 9 oyun keçirdiyini, və De Byazinin güvəndiyi isimlərdən olduğunu da xatırlatmağa dəyər.

 

Mənbə

Share: