Zelenski: Biz hamımız döyüşçüyük

Ukrayna prezidenti Volodimir Zelenski müharibə ilə bağlı yeni paylaşım edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun “Telegram” kanalında məlumat yer alıb.

 

“Böyük müharibələrdə kiçik addımlar olmur. Lazım olmayan hərəkətlər olmur. Biz hamımız döyüşçüyük. Biz hamımız cəbhədəyik. Bizim hər birimiz müdafiənin əsasını təşkil edir. Biz bir komanda kimi mübarizə aparırıq – bütün ölkə, bütün regionlar”, – deyə Zelenski yazıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Mənbə

Share: