
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan qaytarılan rusiyalı hərbi əsirlərin sayını açıqlayıb.
Modern.az xəbər verir ki, o bu barədə özünün Telegram kanalında məlumat yayıb.
Kadırovun sözlərinə görə, 2022-ci ilin dekabrında 200-ə yaxın hərbçi əsirlikdən geri qaytarılıb. O qeyd edib ki, əsgərlərin qaytarılması Rusiya Müdafiə Nazirliyi tərəfindən həmişə diqqətdə saxlanılır.
“Döyüşçülərimizin Ukrayna əsirliyindən azad edilməsində əməyi olan hər kəsə səmimi təşəkkürümü bildirirəm. Mən xüsusilə Şəmsail Sarəliyevin və Müdafiə Nazirliyinin əməkdaşlarının əməyini qeyd etmək istəyirəm”, – deyə Kadırov bildirib.