Sumqayıtda 10-cu sinif şagirdi dostu ilə birgə beş gündür itkin düşüb

Sumqayıtda 10-cu sinif şagirdi dostu ilə birgə beş gündür itkin düşüb.

 

2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlu dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.

 

İtkinin xalası Sədaqət Salamova APA-ya deyib ki, həmin gün Kamranın doğum günü olub:

 

“Kamran paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib. Bayram günü onun doğum günü idi. Evdən çıxanda dedi ki, mən dostum Kənanla işə gedirəm, ondan sonra da doğum günümü qeyd edəcəyik. Günün sonunda anası ilə danışıb, problem olmadığını deyib. Həmin vaxtdan sonra nə Kamrandan, nə dostu Kənandan xəbər var”.

 

Qeyd edək ki, 19 yaşlı Kamran Allahverdiyev məktəbə bir neçə il gec getdiyi üçün hazırda orta məktəbdə oxuyur.

 

Onu görənlərdən polisə və ya 055 403 14 04 əlaqə nömrəsi vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur.

 

Mənbə

Share: