Zaporojye vilayətinə hücum zamanı ukraynalı müdafiəçiləri oğurlayan və onlara işgəncə verən daha 3 rus “OMON”çunun kimliyi müəyyən edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Kimliyi müəyyən edilən şəxslərdən biri Rusiya Qvardiyasının 22-ci əməliyyat briqadasının taktiki qrupunun komandiridir. Melitopolun alınmasından sonra o, buranın “hərbi komendantı” təyin edilib. Daha iki hərbi cinayətkar isə Dağıstan Respublikası Milli Qvardiyasının Mahaçqala xüsusi təyinatlı polis dəstəsinin (daha çox “OMON” kimi tanınır) əməkdaşlarıdır.
Müəyyən edilib ki, işğalçılar Ukrayna vətəndaşlarının qanunsuz saxlanılmasında və onlara işgəncə verilməsində şəxsən iştirak ediblər, zərərçəkənlərə zəhərli kimyəvi maddələr veriblər. Eyni zamanda onları yaxın qohumlarını öldürməklə hədələyiblər”,- məlumatda deyilir.