Rusiyada saxlanılan azərbaycanlı iş adamı, Dövlət Dumasının deputatı İxtiyar Mirzəyevin həbs müddəti uzadılıb.
Modern.az xəbər verir ki, məhkəmə İ.Mirzəyev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha üç ay müddətinə uzadılmasına qərar verib.
Qeyd edək ki, İxtiyar Mirzəyev sahibi olduğu “Poliqon” gecə klubunda baş vermiş yanğın səbəbindən həbs olunub. Noyabrın 5-də baş vermiş yanğında 15 nəfər həyatını itirib.
İxtiyar İldır oğlu Mirzəyev 1969-cu il martın 8-də Azərbaycanın Yardımlı rayonunun Ostair kəndində anadan olub.