Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.

 

Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.

 

Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.

 

Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, ondan əlavə, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.

 

Mənbə

Share: