Ukraynaya ən çox hansı ölkələr yardım edib…

2022-ci ildə Ukrayna Qərb ölkələrindən rekord məbləğdə – 32,1 milyard dollar maliyyə dəstəyi alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı bildirib.

 

Milli Bankın hesabatında qeyd olunur ki, Ukraynaya ən çox maliyyə yardımı aşağıdakı dövlət və qurumlar tərəfindən verilib:

 

ABŞ – 12 milyard dollar;

Avropa İttifaqı – 8 milyard dollar;

Beynəlxalq Valyuta Fondu – 2,7 milyard dollar;

Kanada – 1,9 milyard dollar;

Almaniya – 1,6 milyard dollar.

 

2022-ci ilin yekunlarına əsasən, Ukraynanın beynəlxalq ehtiyatları 7,9% azalıb. Dekabrda valyuta daxilolmaları hesabına onlar ötən ilin noyabrı ilə müqayisədə 1,9% artıb. Hazırda Ukraynanın beynəlxalq ehtiyatlarının həcmi 28,5 milyard dollardır.

 

Akif İsmayılov 

Mənbə

Share: