HDP seçkilərdə öz namizədi ilə iştirak edəcək 

Türkiyədə əsasən kürd əsilli vətəndaşları təmsil edən Xalqların Demokratik Partiyası (HDP) prezident seçkilərində öz namizədləri ilə iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın həmsədri Pərvin Buldan məlumat verib.

 

O, tezliklə namizədin açıqlanacağını bildirib. Qars şəhərindəndə çıxışı zamanı Buldan Millət və ya Cümhur İttifaqları ilə hər hansı bir ortaqlığın olmadığını deyib.

 

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri bu ilin iyun ayında keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin bir qədər əvvələ çəkilə biləcəyini açıqlayıb. 6 partiyadan ibarət müxalifət qrupu hələlik namizədini açıqlamayıb, hakim partiyanın namizədi Rəcəb Tayyib Ərdoğandır.

 

Akif İsmayılov 

Mənbə

Share: