Sarıqamış şəhidlərinin xatirəsi yürüşlə ANILDI

Sarıqamış şəhidlərinin xatirəsi yürüşlə ANILDI

Türkiyədə Sarıqamış əməliyyatının 108-ci il dönümündə anım yürüşü keçirilib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Qarsın Sarıqamış rayonunda vətəndaşlar Sarıqamış əməliyyatının 108-ci ildönümü çərçivəsində yürüşə toplaşıblar.

 

Qarsın mərkəzindən və Sarıqamış rayonundan avtobuslarla yürüş ərazisinə gələn vətəndaşlar əllərində Türkiyə bayraqları qaldırıblar.

 

İştirakçılar Sarıqamış şəhidlərinin xatirəsini anıb, onlara Allahdan rəhmət diləyiblər.

 

Qeyd edək ki, Birinci Dünya Müharibəsi illərində Ənvər Paşanın komandanlığında Osmanlı ordusunun Rusiya işğalı altında olan torpaqları azad etmək üçün başlatdığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnib. Əməliyyatda iştirak edən türk əsgərlərinin əksəriyyəti dağlarda donaraq şəhid olublar.

Mənbə

Share: