Yunanıstan Türkiyə ilə bütün sərhəd boyunca hasar çəkəcək

Yunanıstan Türkiyə ilə bütün sərhəd boyunca hasar çəkəcək

“Biz qeyri-leqal immiqrasiya problemini səmərəli şəkildə həll edirik…”

 

“Yunanıstan öz ərazi sularını indiki 6 mildən 12 milədək genişləndirsə, o zaman praktiki olaraq Türkiyə sularını bağlayacaq və beynəlxalq sulara çıxışın qarşısını alacaq…”

 

“Afina öz təxribatçı hərəkətlərindən əl çəkməsə, Ankara Egey dənizinin suverenliyi məsələsini qaldırmağa hazır olacaq…”

 

Yunanıstan Türkiyə ilə bütün quru sərhəd uzunluğunda Evros çayı boyunca hasar çəkəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə ölkənin vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos bəyan edib.

 

Son zamanlar Afina ilə Ankara arasında münasibətlər son dərəcə kəskinləşib.

 

“Xarici içlər və müdafiə üzrə hökumət şurası (KYSEA) qərar qəbul edib, vətəndaşların müdafiəsi nazirliyi onu gerçəkləşdirməlidir. Biz Evros çayı boyunca Yunanıstan və Avropanın Türkiyə ilə sərhəddində hasar tikməlidir. Onun ümumi uzunluğu 140 km təşkil edəcək”, – o, deyib.

 

Teodorikakos deyib ki, ilk 35 km-in tikintisi dərhal başlanacaq. Bunun üçün Yunanıstan hökuməti 100 milyon avro ayırmağı planlaşdırıb.

 

Onun sözlərinə görə, ötən il Yunanıstan ölkəyə 256 min qeyri-leqal miqrantların qanunsuz daxil olmasının qarşısını alıb. Bundan başqa, ölkə polisi 1, 3 min insan daşıyanları həbs edib.

 

“Biz qeyri-leqal immiqrasiyaya son qoymuşuq. Yunanlar əmin ola bilər ki, biz qeyri-leqal immiqrasiya problemini səmərəli şəkildə həll edirik”, – nazir deyib.

 

Yunan hakimiyyəti Türkiyə ilə quru sərhəddində 2020-ci ildən hasar çəkməkdədir. Bu günədək 37, 5 km uzunluğunda hasar çəkilib.

 

Qeyri-leqal immiqrasiya ilə bağlı vəziyyətdən başqa, Türkiyə ilə Yunanıstan arasında başqa bir məsələ üzrə gərginlik yaranıb. Belə ki, yanvarın 1-də Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanı təxribatçı hərəkətlərdə və regionda gərhinlik yaratmaqda ittiham edib.

 

Dekabrın 30-da müdafiə nazirliyinin rəhbəri Türkiyənin belə mövqeyini səsləndirib ki, əgər Yunanıstan öz ərazi sularını indiki 6 mildən 12 milədək genişləndirsə, o zaman praktiki olaraq Türkiyə sularını bağlayacaq və beynəlxalq sulara çatmaq inkanının qarşısı alacaq.

 

Bundan başqa, Türkiyə prezidenti Ərdoğan dekabrın 12-də Afinanın “sakitliyi gözləmədiyi” halda, habelə öz silah arsenalının genişləndirilməsi siyasətini dəyişməsə, “Tayfun” ballistik raketləri ilə təhdid edib.

 

Bundan öncə, dekabrın 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Yunanıstan öz təxribatçı hərəkətlərindən əl çəkməsə, Ankara Egey adalarının siverenliyi məsələsini qaldırmağa hazırdır.

 

Nazir ona diqqət çəkib ki, Yunanıstan Egey dənizində hərbi təlimlər keçir, orada isə, razılaşmalara görə, silah yerləşdirilə bilməz. Çavuşoğlu Afinanı bu addımdan imtina etməyə çağırış edib və xəbərdarlıq edib ki, Türkiyə öz ünvanına təhdidləri görməzdən gəlməyəcək.

Mənbə

Share: