
Rusiyalı yazıçı, dramaturq və ssenarist Aleksey Slapovski vəfat edib.
Modern.az “Meduza”ya istinadən xəbər verir ki, bu barədə yazıçının qızı Alla Slapovskaya məlumat verib.
O, atasına pnevmoniya diaqnozu qoyulduğunu açıqlayıb. Yazıçının qızının sözlərinə görə, bundan əvvəl Slapovski koronavirusa yoluxub.
A.Slapovski 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, yazıçı 1957-ci ildə Rusiyanın Saratov vilayətində anadan olub.