Taksi qiymətləri kəskin artdı

Taksi qiymətləri kəskin artdı

Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur.

 

Modern.az xəbər verir ki, taksi xidməti göstərən avtomobillərin tapılmasında çətinliklər yaranıb.

 

Qiymətlərdə isə kəskin artım müşahidə olunur. 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat arası qiymətlər göstərilir.

 

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.

Mənbə

Share: