“Putinin Zelenski soyadlı nəvəsi… O, babasını sevməyəcək. Deyəcək ki, sən faşistsən, baba…”

“Putinin Zelenski soyadlı nəvəsi… O, babasını sevməyəcək. Deyəcək ki, sən faşistsən, baba…”

“Qərb Peskovun, yaxud Putinin qızını həbs edə bilər…”

 

“Mən bütün hallarda  2023-cü ildə  həll yolunun, hər şeydən əvvəl Qərb tərəfindən tapılacağını düşünməyə meylliyəm.  Bəli, Ukrayna ilə ittifaqda, amma yenə də Qərb tərəfindən… O, bütün bu prosesləri yekunlaşdırmağa imkan verəcək bəzi rıçaqları işə sala biləcək”. 

Moderator.az xəbər verir ki, bunu “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı hüquqşünas, bloger Mark Feyqin söyləyib.

 

“Şərti olaraq desək, sabah “Tomaqavk” qırıcıları və raketləri verilsə, müharibə bitəcək, ya yox? Ukrayna da sözü havaya buraxmır… O, dərhal bunkerlərdən birində, hətta Kremldə də gubbultu qoparardı. Bəli, Qərbin resursları var… Bəli, Qərbin belə imkanları var. Onları inkar etmək axmaqlıq olardı. Qərb, deyək ki, humanitar, iqtisadi və bütün digər səviyyələrdə fəlakətə gətirib çıxaracaq xüsusi mexanizmləri işə sala bilər. Məsələn, Peskovun qızını, yaxud Putinin qızını həbs edə bilərlər. Onlar hələ də bu günə qədər dünyanı sərbəst gəzirlər…”- bu fikirləri də rusiyalı müxalif siyasətçi deyib.

 

Söhbət zamanı Rusiya diktatorunun qızı  Katerina Tixonovadan söz düşəndə Feyqinlə jurnalist onun Zelenski soyadlı ukraynalı artistlə  yaşamasını və ondan uşağı olmasını xatırladıblar:

 

“-Təsəvvür edirsiz, Putinin Zelenski soyadlı nəvəsi va?..

– Bəli… Və o, babasını sevməyəcək. Deyəcək ki, baba, sən qancıqsan.

– Sən faşistsən, baba…”

 

Sultan Laçın

Mənbə

Share: