Birləşmiş Millətlər Təşkilatı (BMT) 2021-ci il üzrə uşaq ölümləri statistikasını açıqlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaq ölümlərini araşdıran təşkilatlararası qrupunun (IGME) hesabatı dərc olunub.
Bildirilib ki, 2021-ci ildə 5 milyon uşaq 5 yaşına çatmadan həyatını itirib. 5-24 yaş aralığında ölüm halları isə 2.1 milyon olub. Statistikaya əsasən, həmin il dünyada hər 4.4 saniyədə 1 uşaq ölümü qeydə alınıb.
2021-ci ildə ölü doğulan uşaq sayı isə 1.9 milyon təşkil edib.
Bildirilib ki, 2000-ci illə müqayisədə uşaq ölümü göstəriciləri 50 faiz azalsa da, dünyada, xüsusən az inkişaf etmiş ölkələrdə hələ də səhiyyə xidmətlərinə əlçatanlıq və keyfiyyətli tibbi xidmət səviyyəsi çox aşağıdır.
Bu problemlə mübarizə aparmaq üçün bütün dünya ölkələrinin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi qeyd olunub.