ABŞ, Kanada və Meksika arasında birgə sənəd imzalanıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken tviter səhifəsində məlumat verib.
O qeyd edib ki, Bərabərlik və İrqi Ədalət üzrə Şimali Amerika Əməkdaşlığı Bəyannaməsinə imza atılıb.
Sənədİ Blinkenlə yanaşı, Kanadanın xarici işlər naziri Melania Coli və Meksikanın XİN başçısı Marselo Ebrard imzalayıblar.
“İmzalanan sənəd bu sahədə öhdəliklərimizi özündə əks etdirir”, – deyə Blinken yazıb.