Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı sülhməramlılarla bağlı ölkəsinin BMT Təhlükəsizlik Şurasına müraciət edib-etməyəcəyinə aydınlıq gətirib.
Modern.az “News.am”a istinadən xəbər verir ki, o, məsələ barədə keçirdiyi mətbuat konfransında danışıb.
Paşinyan bunun Rusiyanın əleyhinə olacağını bildirib.
“Ermənistanın BMT TŞ-yə müraciəti Rusiyanın əleyhinə olar. Biz buna görə də Rusiyanın müraciət etməli olduğunu deyirik”, – Baş nazir söyləyib.
Jurnalistin bunun baş verib-verməyəcəyi barədə sualına isə Paşinyan belə cavab verib:
“Bunu indidən demək olmaz. Biz vəziyyətdən yola çıxaraq qərar qəbul edib addım atacağıq. Bu, qaçılmaz olmaya bilər. Amma ola da bilər”.