
Bu “taxt oyunları”nın autsayderləri və favoritləri açıqlanıb…
“Qaniçənlər”, “yaxınlar”, “vətənpərvərlər”- kimin qalib gəlmək şansı daha çoxdur?..”
“Putin bu “taxtlar oyunu”nda baş rolda deyil…”
“Bu gün Rusiya dünyada ən təcrid edilmiş və qeyri-insani rejimlər arasında layiq olduğu yeri tutur…”
“Bu, son 20 ildə Rusiya dövlətinin siyasi və mənəvi deqradasiyasının nəticəsidir…”
Rusiyada xarici agent elan edilən “Mühim tarixçələr” layihəsinin təsisçilərindən biri, araşdırmaçı jurnalist Roman Anin hesab edir ki, Rusiyada artıq ölkə prezidenti postu uğrunda əsl müharibə gedir.
Moderator.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” (“Mühüm tarixçələr”) nəşri yazıb.
Jurnalistin fikrincə, Ukraynaya müdaxilə, daha doğrusu, cəbhədə hərbi məğlubiyyətlər “qocalan diktatorun” əhatəsində olan hakimiyyət klanları arasında daxili ziddiyətləri son dərəcə kəskinləşdirib.
Hər bir “belə klan özünün xüsusi maliyyə resurslarına – banklara, dövlət korporasiyalarına, iri şirkətlərə malikdir; bəzi klanlar, məsələn, Ramzan Kadırov Çeçenistan kimi bütöv regionlara malikdir; onların heç biri heç bir qanuna tabe deyil”.
Jurnalist yazır ki, Putinin hakimiyyətdə olduğu bütün dönəm ərzində bu klanlar təsir dairələri və resurslar uğrunda bir-birilə mübarizə aparıb. Lakin indi bu müharibə kəskinləşib.
“Diktatorun hakimiyyətini qocalıq və hərbi məğlubiyyətlər kimi heç nə bu qədər zəiflətmir. Putinin istər siyasi, istərsə də fiziki sonu yaxınlaşdıqca, klanların hakimiyyət uğrunda çoxsaylı “soyuq müharibələ”rinin “qaynar” fazaya keçməsi ehtimalı daha da çox olacaq”, – Anin proqnoz verib.
Onun fikrincə, hazırda müxtəlif hakimiyyətyönlü qruplaşmalar koalisiyada burləşməyə məcburdur. Jurnalist onları 3 kateqoriyaya bölüb: “qaniçənlər”, “yaxınlar” və “vətənpərvərlər”.
Birinci koalisiyaya Yevgeniy Priqojinlə Ramzan Kadırov və öz klanı ilə onlara yaxın olan Rusiya Qvardiyasının direktoru Viktor Zolotovdur. Bu “qaniçənlər” alyansının üstünlükləri aşkardır: qəddarlıq, qətiyyət, mübarizə qurbanları və metodları ilə hesablaşmamaq və, əlbəttə ki, böyük birləşmiş ordu. Lakin, buna baxmayaraq, Anin bu üçlüyü “Rusiya taxtı” uğrunda mübarizədə autsayderlər hesab edir.
“Yaxınlar” ittifaqına Putinin dostları və iş yoldaşları daxildir. “Kovalçukları, patruşevləri, tokarevləri və timçinko kimilərini nə qədər ziddiyətlər bir-birini ayırsa da, onlar da “qaniçənlər koalisiyasının” hansı təhlükə törətdiyini hiss edirlər.
Aninin fikrincə, bu ittifaqın şəksiz üstünlükləri böyük maliyyə resursları (bu adamlar sözün birbaşa mənasında Rusiyaya sahibdir) və xusisi xidmət orqanları üzərində nəzarətdir. Baxmayaraq ki, xüsusi xidmət irqanları “qaniçənlər ordusu”na nisbətən hücum gücündə geri qalır, lakin daha çox kəşfiyyat və intelektual potensiala malikdir.
Nəhayət, 3-cü birlik olan Ukraynada müharibədən dərhal sonra meydana çıxan “vətənpərvərlər koalisiyasıdır”. Aninin fikrincə, özünün parlaq lideri və dəqiq quruluşu olmayan bu ittifaq Rusiyada “taxt oyunları”nda qələbəyə ən çox şansları var.
“Vətənpərvərlər koalisiyası” Rusiyanın hakim sinfinə korrupsiya və hərbi məğlubiyyətlərə görə nifrət edir, “qaniçənlər koalisiyası”na indiki hakimiyyətlə, kriminalla və Çeçnistanla əlaqəni qəbul eymir.
Müharibə bu ittifaqa daxil olan insanlarda vahid dəyərlər, nifrət və niyyətlər formalaşdırıb.
“Vətənpərvərlər koalisiyası” Rusiya əhalisinin ordu da daxil olmaqla böyük əksəriyyətinin mənafelərini ifadə edir: hazırki hakimiyyətin korrupsiyasına və Ukraynanın tamamilə məhv edilməsinə qarşı çıxış edir, jurnalist izah edib.
Məqalədə Anin həmçinin qeyd edir ki, bu gün Rusiya dünyada ən təcrid edilmiş və qeyri-insani rejimlər arasında layiq olduğu yeri tutur.
“Söhbət təkcə müharibədə deyil. Bu yer Rusiya dövlətinin 20 il ərzində siyasi və mənəvi deqradasiyasının nəticəsidir. Bu mənəvi düşkünlüyün dərəcəsini anlamaq üçün ölkənin müasir qəhrəmanlarının tərcümeti-halını oxumaq kifayətdir. Məsələn, oğurluq, quldurluq, dələduzluq, azyaşlıların cinayətkar fəaliyyətə cəlb edilməsinə görə mühakimə edilmiş Priqojin 3 dəfə Rusiya qəhrəmanıdır
Rusiyada hakimiyyət uğrunda mübarizənin nəticələrini proqnazlaşdıran jurlanist qeyd edir ki, hansı klanın qalib gəlməsindən aslı olmayaraq, ölkəyə yaxşı heç nə vəd etmir.
“Yaxınlar koalisiyasın”ın hakimiyyətə gəlməsinin nəticələri ən az qanlı olacaqdır. O zaman Rusiyanın gələcəyini patruşevkərin, rotemberqlərin və kovalçukların övladları müəyyən edəcək. “Vətənpərvərlər koalisiyasın”ının qələbə qazanacağı halda Rusuyada mütləq hərbi diktatura yaranavaq.
Lakin əgər “qaniçənlər” ittifaqı üstün gəlsə, o zaman “Qərb bir tərəfdən və Çin başqa tərəfdən belə bir mürəkkəb suala cavab verməli olacaqdır: “Onlar dünyanın böyük nüvə arsenalına malik olan ölkənin “gözəl” bir üçlüyün: qadınları boğan, sadistlər orkestrinə gürzlə dirikorluq edən Çeçenistandan qurbanlarına işgəncə verən və məhkəmədən
kənar edamlar törədən akademik və özünün koqnitiv qabiliyyətləri ilə tanınan prezidentin keçmiş mühafizəçisinin əlində olacağına hazırdırlarmı?”
Lakin “Taxtlar oyun” finalının necə olmasından aslı olmayaraq, Aninin fikrincə, aydındır ki, Putin bu serialda baş rolda deyil. Onunla diktatorun başına gələ biləcək ən dəhşətli hal baş verib: qorxu əvəzinə o, nifrət törədir: “O, öz dəstəsində özünü hamıdan ötkəm göstərməyə cəhd edir, lakin bu dəstənin üzvləri onu “böyük və ağır müharibə zamanı öz həyatına görə nümayişkəranə təlaş keçirən” qorxaq hesab edir.