
Goranboy rayonunda hamamda partlayış baş verib.
Hadisə Şəfibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Validə Mirzəyevanın fərdi yaşayış evindəki hamamda odunla qızdırılan su qızdırıcısı içində su olmadığından partlayıb.
Həmin vaxt hamamda olan qadın aldığı xəsarətdən ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.