
Cənubi Qafqazın geosiyasəti üzrə ekspert Anjela Əlibəyova yazır:
“Nikol iddia edir ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda yerli hökumət ilə heç bir ziddiyyət və fikir ayrılığı yoxdur.
Arayik Arutyunyana və Ruben Vardanyana sual – bugünkü mətbuat konfransında səslənən mövqelərlə hər hansı fikir ayrılığınız varmı? Hər fikirlə razısınızmı? Bu yanaşmaları Ermənistan səlahiyyətliləri ilə bölüşürsünüzmü? Yoxdursa, deyin, çünki bu gün Nikol sizi ortaq edir. Əgər hər şey “yaxşı”dırsa, təsdiq edin ki, biz də, Qarabağ xalqı da bilsin”.