“Qalatasaray” Kolumbiyadan futbolçu alır

“Qalatasaray” heyətinə daha bir futbolçu cəlb etməyə yaxındır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Kolumbiya “Flamenqo”sunun yarımmüdafiəçisi Qustavo Kuelyar üçün təklif göndərib. “Cim-Bom”un klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq  26 yaşlı oyunçunu 6 milyon avroya almaq istədiyi bildirilib. “Qalatasaray”ın Q.Kuellar üçün qiyməti 8-10 milyon avroya qədər yüksəltməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, “Qalatasaray” bu yay Rayan Babel, Cimmi Durmaz, Valentin Ozornvafor, Şener Özbayraklı və Adem Büyükü transfer edib.

Share: