“Savaşda məğlubiyyətə və dövlətin dağılmasına hazırlaşmaq zamanıdır”

“Savaşda məğlubiyyətə və dövlətin dağılmasına hazırlaşmaq zamanıdır”

“2022-ci ilin nəticələri Rusiya üçün fəlakətli olub…”

 

“Hərbi əməliyyatlar Rusiyanın daxilinə keçməklə ölkənin işğalı təhlükəsi, Rusiya dövlətçiliyinin iflası və RF-nin müstəqil dövlət kimi ləğv edilməsilə nəticələnə bilər…”

 

“Rus xalqının daxilində ABŞ və Qərbin əlilə törədilən vətəndaş müharibəsi gedir…”

 

“Rusiya ordusu dünyanın ikinci ordusu statusunu itirib və döyüş tapşırıqlarını həll etmək iqtidarında deyil…”

 

“Ukraynanı hələ 2014-cü ildə ildə zəbt etmək, qonşu ölkəni müharibənin əvvəlindən bombalamaq, səfərbərliyi hələ mart ayında aparmaq lazım idi…”

 

“Avropa öz maraqlarını qoruya bilməyib və Kiyev xuntasına dəstək verib…”

 

“Təəssüf ki, Çin müttəfiqlik mövqeyində deyil, daha çox neytral mövqedə dayanıb…” 

 

“Rusiya “Dneprin mirvari zənciri”nin 6 şəhərindən birini ələ keçirsə, dialoq üçün pəncərə açılacaq…”

 

Siyasi elmlər namizədi, Rusiya Dövlət Dumasının deputatı, “Vahid Rusiya” partiyasının ideologiyasına cavabdeh olan Sergey Markov Rusiya Federasiyasının Ukraynada

məğlubiyyətinə hazırlaşmağa çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, “Biznes-onlayn” qəzetinə müsahibəsində 2022-ci ilin Rusiya üçün nəticələrindən danışarkən bəyan edib və bu nəticələri “fəlakətli” adlandırıb.

 

“Tez və səmərəli olması planlaşdırılan xüsusi hərbi əməliyyat tez və səmərəli olmadı və uzunmüddətli hərbi əməliyyata çevrildi.

 

Ukrayna və Rusiya tərəfindən on minlərlə həlak olanlar haqqında məlumatlar verilir, lakin əslində, görünür, söhbət yüz minlərlə həlak olanlardan gedir. Milyonlarla qaçqın var. 

 

Faktiki olaraq, rus xalqının daxilində ABŞ və Qərbin əli ilə törədilən vətəndaş müharibəsi gedir”, – politoloq bəyan edib.

 

Onun sözlərinə görə, müharibə zamanı Rusiya ordusu dünyanın ikinci ordusu statusunu itirib və dünya birliyinin gözündə istisnasız olaraq qeyri-effektiv və döyüş tapşırıqlarını həll etmək iqtidarında olmayan ordu kimi qiymətləndirilir.

 

“Rusiya zəif təsir bağışlayıb. Mahiyyət etibarilə, amerikalılar Ukrayna ordusunun əlilə bir çox yerlərdə Rusiya ordusunu məğlubiyyətə uğradıb”, – Markov deyib və Rusiya prezidenti Vladimir Putinin kobud səhvə yol verdiyindən gileylənib. Politoloqun fikrincə, qonşu ölkəni hələ 2014-cü ildə zəbt etmək lazım idi. 

 

“8 il müddətində hərbi-nöqteyi nəzərdən biz, şərti desək, 3 dəfə, Kiyev rejimi 30 dəfə güclənib. Biz Ukraynada hərbi münaqişəyə 2021-ci ilin, Kiyevdə isə 2014-cü ilin yayından hazırlaşıblar. Bütün bu illər ərzində onlar ABŞ-ın rəhbərliyi altında NATO qüvvələrini işləyib hazırlayıb və gücləniblər. Onlar Ukraynanın proksi-rejiminin əli ilə Rusiyaya qarşı proksi-müharibə hazırlayıb”, – Markov izah edib.

 

O, Rusiyanın hərbi rəhbərliyinin “xüsusi hərbi əməliyyat”ın aparılmasında bir sıra səhvlərini qeyd edib. Onun sözlərinə görə, Ukraynanı müharibənin əvvəlində bombalamaq, Rusiyada səfərbərliyi hələ mart ayında aparmaq, həmçinin Mariupolun zəbtini uzatmamaq lazım idi. 

 

İndi isə məğlubiyyətin “ciddi təhlükəsi” mövcuddur, Markov hesab edir: “Hərbi əməliyyatlar Rusiya ərazisinə keçməklə ölkənin işğalı təhlükəsi, onun bir neçə hissələrə bölünməsi, Rusiya dövlətçiliyinin iflası və ya Rusiya Federasiyasının müstəqil dövlət kimi, ümumiyyətlə, ləğv edilməsi ilə nəticəlınə bilər”.

 

Markov qeyd edib ki, Putinin çox vaxt dediyi çoxqütblü dünyaya keçid əvəzinə, əslində, “birqütblü dünyanın yenidən yüklənməsi” və “özünün böyük gücü və səmərəsini göstərən ABŞ-ın xeyli güclənməsi” baş verir. 

 

Politoloq həmçinin Avropadan şikayət edib və qeyd edib ki, o, “öz maraqlarını qorumaq qabiliyyətinin tamamilə olmamasını göstərib” və “Kiyev xuntasına dəstək verib”.

 

 O, həmçinin “Rusiyanın müttəfiqlərindən”, o cümlədən ÇXR-dən şikayətlənib. “Biz, ümumiyyətlə, gözləmirdik ki, Çin belə hipertrofiyalı neytral mövqe tutacaq. Biz istərdik ki, Pekin daha çox müttəfiqlik mövqeyində dayansın, amma o, daha çox neytral mövqedə dayanıb. Heç kim məğlubiyyətə uğrayanın müttəfiqi olmaq istəmir”, – Markov deyib.

 

Bu zaman o qeyd edib ki, az sayda ölkələr var ki, “Rusiyaya birbaşa dəstək verir, çünki özləri Qərb sivilizasiyasının təcavüzü altındadır”. Bunlar Belarus, Venesuela və İrandır. 

 

Sülh danışıqlarının mümkünlüyündən danışarkən Markov deyib ki, Rusiya “Dneprin mirvari zəncirinin” 6 şəhərlərdən – Odessa, Nikolayev, Xerson, Zaporoje, Dnepr və Xarkovdan birini ələ keçirsə, o zaman dialoq üçün pəncərə açılacaq. Onun sözlərinə görə, “Rusiya ordusunun hücumu sülh bağlanması üçün həlledici çərtdir”.

Mənbə

Share: