“Ruslar dustaqları, buryat, udmurt və qafqazlıları birbaşa minalı sahəni “təmizləmə”yə yollayır…”

“Ruslar dustaqları, buryat, udmurt və qafqazlıları birbaşa minalı sahəni “təmizləmə”yə yollayır…”

Rusiya işğalçılarının istehkamçıların əvəzinə həbs koloniyalarından cəlb edilmiş məhbusları ukraynalı müdafiəçilərin minaladığı tarlalara göndərməsi və onları özləri vasitəsi ilə “təmizləmə” həyata keçirməsi halları var.

 

Moderator.az xəbər verir ki,  bu barədə “GORDON” nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində hazırda Baxmut yaxınlığında mövqe tutan Ukrayna Milli Qvardiyasının 4-cü əməliyyat briqadasının “Azadlıq” taborunun komandiri, mayor Pyotr Kuzık  danışıb.

 

“Bu insanlar, məhbuslar və azsaylı xalqların nümayəndələri – buryatlar, udmurtlar, qafqazlılar – utilizasiya(lazımsız olan əşyaları zərərsüzləşdirmək-S.L.) üçün buraxılırlar… Biz qarşımızda hər yeri tank və piyada əleyhinə minalarla minalayırıq. Onlar minaları təmizləmək üçün birbaşa dustaqlar dəstəsuni işə sala bilərlər. Və bu da məndə belə bir fikir oyadır ki, Ukraynada döyüşən rus komandirlərin iki vəzifəsi var. Birinci vəzifə ərazimizi ələ keçirməkdir. İkincisi isə bu cəhd uğursuz olduğu halda arzuolunmaz elementi məhv etməkdir. Bu da onlar üçün əladır; həbsxanalardan məhbuslar yığıblar və artıq onları mühafizə etməyə, yedirtməyə, qızdırmağa, pul ödəməyə ehtiyac yoxdur. Maaş günündən düz bir gün əvvəl – bizim mövqelərimizə göndərirlər – vəssalam”, –  deyə Kuzık vurğulayıb.

 

Mənbə

Share: