Güzəştli ipoteka krediti ilə mənzil almaq üçün şərtlər açıqlandı

Əks halda mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaq

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzillərin ipoteka ilə satılmasının şərtlərini açıqlayıb.

Bu barədə MİDA-dan məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

• ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

• agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Qeyd edək ki, istifadəçi “Güzəştli mənzil” sistemində elektron kabinetinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda, mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaq.

Share: