
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edib.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Laçın yolunda keçirdiyi aksiyadan danışıb. O bildirib ki, Qarabağ erməniləri Laçın yolu ətrafında baş verən hadisələrə təminlə yanaşmalıdır.
Bundan əlavə, baş nazir Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırıb.