
Ötən il “Media haqqında” yeni qanun təsdiqlənib. Bundan başqa MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb.
Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib.
“Eyni zamanda ötən il qəzet, xəbər saytları və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb. Həmçinin jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb”,- deyə icraçı direktor vurğulayıb.