
Türkiyəli aktrisa Selen Görgüzel yeni açıqlaması ilə diqqət çəkib.
“2 sayfa” verilişinə qonaq olan aktrisa restoranda hesabın xanımın deyil, hər zaman bəyin ödəməli olduğunu bildirib:
“Mən əgər kişinin hesabını ödəyəcəyəmsə, ona ətək də geyindirəcəm. Özümü dəyərli hesab edirəm. Bu feminizm qadın-kişi balansını pozdu, qadının dəyərini yox etdi”,
Aktrisanın bu fikirləri sosial platformalarda yayılaraq ajiotaj yaradıb.