
Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də 2022-ci ilin əsas xarici siyasət nəticələrinə dair illik mətbuat konfransı keçirəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.
“Yanvarın 18-də, təxminən saat 11.00-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat mərkəzində xarici işlər naziri Sergey Lavrovun ənənəvi illik mətbuat konfransı keçiriləcək. O, ötən ilin əsas xarici siyasət yekunlarına yekun vuracaq”, – Zaxarova bildirib.