
Rusiya prezidenti Vladimir Putinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi ilə görüşü nəzərdə tutulmayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Zərurət yaranacağı təqdirdə Putin və Qrossi arasında təmaslar ola bilər, amma hazırda qrafik üzrə Putinin belə bir görüşü planda yoxdur”, – deyə Peskov bildirib.
Mətbuat katibinin sözlərinə görə, Qrossinin əsas müzakirə aparacağı tərəflər Rusiya XİN və “Rosatom”dur.