
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bundan başqa, Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər də növbəti dəfə maneəsiz hərəkət ediblər.
Belə ki, ümumilikdə 5 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.
Beynəlxalq təşkilata məxsus avtomobillərdə erməni ailəsi və dərman preparatları, uşaq qidaları var.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 15, BQXK-ya məxsus 10 avtomobil maneəsiz hərəkət edib.
11:13
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 13 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, bir minik və 12 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 14 avtomobil maneəsiz hərəkət edib.
09:04
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, ümumilikdə beş avtomobil Xankəndidən Laçın istiqamətinə keçid edib. Beynəlxalq təşkilata məxsus avtomobillərdən ikisində bir neçə erməni ailəsi və azyaşlı uşaq olub.
Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.