“Çin sürətlə Rusiyadan uzaqlaşır, Putin o qədər zəhərlidir ki, heç kim onunla iş görmək istəmir…”

“Çin sürətlə Rusiyadan uzaqlaşır, Putin o qədər zəhərlidir ki, heç kim onunla iş görmək istəmir…”

“Rusiyalıları çəkindirən hakimiyyətə olan ənənəvi ehtiramdır, bu, Rusiyanın kollektiv şüurunda təməl daşıdır…”

 

“Rusiyalılar Putinə qarşı deyil, özlərinin mentalitetinə qarşı çıxmalıdır…”

 

“Qərb bizləri həyatdan uzaq düşən romantiklər adlandırır, amma biz romantik olmasaydıq, Kiyev üç günə təslim edilərdi…”

 

“Unutmayın ki, sizlər büsbütün bizim hərbi və iqtisadi yardımımız hesabına dayanırsınız…”

 

“Rusiya elitasında getdikcə daha çox adam anlayır ki, bütün bu dəlixana bir nəfərin postda olması ilə bağııdır. Əgər o, orada olmasa, yaxud fiziki cəhətdən olmasa, hər şey dərhal həllini tapacaq”.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bəyan edib.

 

Rusiya elitası Rusiya prezidenti Vladimir Putindən narazıdır, lakin onunla nə edəcəyini proqnozlaşdırmaq çətindir.

 

“Rusiya elitasının əhval-ruhiyyəsini təhlil etmək mümkün deyil. Bu, tanklar deyil ki, sayasan, zavodların istehsal etdiyi yanacaq çənləri, döyüş sursatları, “Kalibr”lərin miqdarı da deyil. Bunlar niyyətlərdir və təhlil etmək son dərəcə çətindir.

 

Məsələn, Qərb tamamilə hesab edib ki, bu müharibə mütləq şəkildə rasional deyil, onun davam etməsi də rasional deyil, səfərbərlik də rasional deyil. Amma o, hər şeyi edir və etməkdədir”, – o, deyib.

 

Aleksey Arestoviç qeyd edib ki, Ukraynanın hərbi-siyasi rəhbərliyinin bir hissəsi hesab edib ki, Kiyevə hücum etmək tamamilə əlverişsizdir, amma Rusiya buna cəhd edib.

 

“Amma bu, belə də oldu, onların buna ayırdığı qüvvələrlə Kiyevi götürmək mümkün deyildi. Bu 35 min bədbəxtlər əzildilər və rüsvayçılıqla getdilər. O zaman bunu başlamağın mənası nə olub? Və sairə. 

 

Çox mürəkkəb tarixçədir-başqa adamın başının içərinsinə soxulub onun nə etmək istədiyini anlamaq çox çətindir”, – o, deyib.

 

Arestoviçin sözlərinə görə, yayadək neft və qazın qiymətləri, ticarət imkanlarının məhdudiyyəti Rusiya iqtisadiyyatını çökdürəcək. İnsan itkilərilə Rusiya o qədər də hesablaşmır, lakin iqtisadi səbəblər elitanın davranışında mühüm amil olacaq, o, deyib.

 

“Əgər Putinə münasibətdə nəsə kəskin bir şey baş verərsə, bu, ona görə olacaq ki, getdikcə daha çox insan anlayır ki, bütün bu dəlixana ona görə baş verir ki, bir nəfər var və, üstəlik, bir postdadır və bu qərarları qəbul edir. Əgər o, bu postda olmasa və ya fiziki cəhətdən yoxdursa, hər şey dərhal həll edilir.

 

Bütün günahı onun üzərinə atırsan, Rusiya elitasının Stalinin ölümündən başlayaraq belə təcrübəsi var. Öz üzərindən məsuliyyəti atıb deyirsən: “O, bizim ailələrimizi girov saxlayıb,  biz bəyənmirdik, bacardığımız qədər müqavimət göstərirdik, bizi bağışlayın. İndi isə biz   xalqlar ailəsinə, dünyanın əmək bölgüsünə dönməyə hazırıq. Gəlin, sanksiyaları götürün”.  Bax,  bu, onlar üçün sərfəli  həll yoludur. Getdikcə daha çox insan bunu anlayır”, – o, deyib.

 

Bu zaman Arestoviç vurğulayıb ki, rusiyalıları çəkindirən hakimiyyətə olan ənənvi ehtiramdır, o, bunu Rusiyanın kollektiv şüurunda “təməl daşı” hesab edir.

 

“Rusiyada prezidentin yerinə rənglənmiş masa da qoymaq olar, onlar onu dinləyəcək, çünki kimsə olmalıdır. İkincisi, bu adamlar Putinin zamanında tamamilə formalaşıb. Onlar Putinə qarşı deyil, özlərinin mentalitetinə qarşı çıxmalıdır”, – o, qeyd edib.

 

“Çin sürətlə Rusiyadan uzaqlaşır. Putin o qədər zəhərlidir ki, heç kim onunla iş görmək istəmir”

 

Qərb Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə olmayacağı barədə konsensusa nail olub. “Hətta Çin də uzaqlaşmağa başlayıb”.

 

O, Çinin idxala başlamaq üçün Avstraliya kömürünə sanksiyaları götürdüyünü nümunə göstərib.

 

Baxmayaraq ki, Çinlə Avstraliya arasında “çox ağır diplomatik böhran” olub. Eyni zamanda, Rusiya Çinə malları aşağı qiymətə təklif edib.

 

“Çin sürətlə Rusiyadan uzaqlaşır. Bu zaman Avstraliya “Beş göz” strategiyasında əsas dövlətlərdən biridir və onun vəzifəsi Çini çəkindirməkdir. Amma buna baxmayaraq, zəhərli Putindənsə, strateji düşmənlə münasibətə daha çox önəm verilir…

 

Heç uzağa getmək lazım deyil. Balaca Ermənistan belə KTMT-nin təlimlərində iştirak etməkdən imtina edib və, ümumiyyətlə, deyir: “Bilirsiniz nə var? Sizsiz də ötüşərik”. Və bəzi məlumatlara görə, Ermənistan Türkiyə ilə, yaxud Azəraycanla danışıqlara başlamağa hazırlaşır”, – Arestoviç deyib.

 

O, əlavə edib ki, heç kim Putinlə iş görmək ustəmir.

 

“Hətta almanlar, hətta fransızlar da. Mən alman və fransızların bundan öncə mövqelərinin necə olmasını yaxşı bilirəm, çünki ilyarım Üçtərəfli Təmas Qrupunda (Donbasda vəziyyətin nizama salınması üzrə qrup) və Normand formatında bilavasitə ünsiyyətdə olmuşam. Orada çox şeylər olub…Bax, onlar radikal olaraq dəyişiblər. Bunu yarım il öncə heç kim ciddi qəbul etməzdi”, –  müşavir deyib.

 

“Kədərli xəbər odur ki, Rusiyanın demilitarizasiyası, denasifikasiyası və denuklerizasiyasını Ukrayna istəyir, Qərb bu barədə ciddi danışmır”

 

Arestoviçin sözlərinə görə, Qərbin vəzifələri “ən cəsarətlidən- Rusiyanın məğlubiyyəti və Putinin devrilməsindən daha mülayim olan (bunlar çoxluq təşkil edir) “Ukrayna uduzmamalıdır” deyənlərədək diapazonda dəyişir”.

 

“Onlar hətta demirlər: “Putin uduzmalıdır”. Onlar deyirlər: “Ukrayna uduzmamalıdır”. Bu, praktikada necə olmalıdır? Bax, bunu bilən yoxdur. Lakin onlar güman edir ki, bizə o qədər silah və yardım vermək lazımdır ki, Putin müharibəni aparmaqdan və davam etməkdən imtina etsin. Və bir gün o, desin: “Bağışlayın, biz gedirik.Yaxşı alınmadı. Lakin biz daha döyüşməyəcəyik”, – o, izah edib.

 

Müşavir güman edir ki, belə olan halda artıq “Putin ağıllanacaq və razılaşmağa başlayacaq, çünki onun avantürası və, bütövlükdə, Rusiya uğursuzluğa düçar olub”.

 

“Onlar Qərbdə adekvatlığa ümid edir. Kədərli xəbər ondadır ki, Rusiyanın demilitarizasiyası, denasifikasiyası və dünuklerizasiyasını biz istəyirik. Onlar bu mövzuda ciddi danışmır. Üstəlik, bu mövzuda danışanları, məsələn, məni “həyatdan ayrı düşən romantik” adlandırır.

 

Mən isə onlara deyirəm: “Biz romantik, həyatdan uzaq düşən olmasaydıq, Kiyev üç günə təslim olardı. Məhz romantiklər olduğumuza görə Kiyev məğlub olmayıb və biz sizinlə indiyədək diskysiya aparırıq. Onlar isə deyir: “Biz isə skeptik və ayıq adamlar olacağıq. Amma unutmayın ki, sizlər büsbütün bizim hərbi və iqtisadi yardımımız hesabına dayanırsınız”. Və bu, həqiqətdir”, – Arestoviç hesab edir.

Mənbə

Share: