
Ermənistan Milli Məclisinin Şurası sabaha iclas çağırıb. Modern.az-ın məlumatına görə, bu bu barədə məlumat yayn “Joğovurd” qəzeti yazıb ki, məqsəd parlamentin iclaslarına gəlməyən deputatalrı cəzalandırmaqdır.
“Joğovurd”un məlumatına görə, əsas hədəf müxalif “Daşnaksütyun” partiyasından olan deputat İşxan Saqatelyandır.
Ümumiyyətlə, parlamentin iclasına gəlməyən deputatların sayının 22 nəfər olduğu və onların hamısının “Hayastan” fraksiyasının üzvü olduqları bildirilir.
“Hakimiyyət Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. Məhkəmədə yalnız İşxan Saqatelyanın mandatdan məhrum edilməsi barədə vəsatət qaldırılacaq”, – deyə qəzet yazıb.
Məsələyə münasibət bildirən parlamentin mətbuat katibi Tsovinar Xaçatryan deyib ki, “bununla bağlı sabah şuranın iclasında qərar veriləcək”.
Qəzet yazır ki, “Hayastan” fraksiyasından olan deputatlar İşxan Saqatelyan və Seyran Ohanyan uzun müddətdir ki, hakimiyyətin diqqət mərkəzindədir və hər vasitə ilə iki müxalifət deputatını meydandan uzaqlaşdırmağa çalışırlar. Qeyd edək ki, müxalifətçilər parlament şurasının sabahkı iclasında iştirak etməyəcəklər.