Qumbara satan şəxs cinayət başında yaxalandı

Qumbara satan şəxs cinayət başında yaxalandı

Sabirabadda qumbara satan şəxs cinayət başında yaxalanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: