“Yevgeni Priqojinin informasiya məkanında ciddi rəqibi peyda olub…”

“Priqojinjn artan nüfuzuna qarşı Kremlə loyal olan hərbi müxbirlərdən ibarət şəbəkə yaradılır…”

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin qələbəsinin daima oğurlanmasına cəhdlər edilir…”

 

“Rusiya MN Soledar şəhər məhələlərinə bilavasitə hücumda “vaqnerçi”lərin cəsarətli və fədakar hərəkətlərini etiraf etməyə məcbur olub…”

 

“Vaqner qrupu” özəl hərbi şirkəti sahibinin getdikcə artan populyarlığı Kreml rəhbərini qıcıqlandırmağa başlayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitiklərinin yanvarın 13-də yaydığı hesabatında deyilir.

 

Onlar hesab edir ki, Vladimir Putin, ehtimal ki, Yevgeni Priqojinin Rusiya cəmiyyətində öz statusunun yüksəldilməsi üzrə səylərinin sarsıdılmasına yönələn tədbirlər görməyə başlayıb.

 

Bu məqsədlə Kremlə loyal olan hərbi müxbirlərdən ibarət şəbəkə yaradılır. Belə qarşılıqlı əlaqənin sübutu kimi analitiklər dünənki görüşü hesab edir.

 

Bu görüşdə “Vahid Rusiya” partiyası icraiyyə komitəsinin sədri Aleksandr Sidyakin, Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Artyom Turovski, “DXR” rəhbəri Denis Puşilin və 10-dan çox rusiyayönümlü blogerlər iştirak edib. 

 

Sonuncular arasında hərbi müxbir Aleksandr Sladkov və “Wargonzo” təbliğatçı layihənin müəllifi Semyon Peqov da görünüb.

 

ISW analitiklərinin fikrincə, bu blogerlər siyasi nüfuz əvəzinə Kremlyönlü gündəliyi irəliyə çəkə bilər.

 

“Putin Kremlə loyal olan bu jurnalistlərlə əlaqələri inkişaf etdirərək, onların media imkanlarından Priqojini irəliyə çəkən və Putinin Rusiyanın informasiya məkanında nüfuzuna ziyan vuran blogerlərin səylərinə qarşı yönəltməyə cəhd edə bilər”, – hesabatda deyilir.

 

Adıçəkilən görüş Yevgeni Priqojinin onun qurumuna qarşı Rusiya müdafiə nazirliyi tərəfindən “növdaxili mübarizə” ilə bağlı şikayətləri fonunda baş tutub.

 

Bu, Rusiya müdafiə nazirliyinin Soledar şəhərinin Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi barədə məlumatından sonra baş verib.

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin qələbəsini daima oğurlamağa cəhd edilir və kimlərinsə aydın olmayan iştirakı barədə danışaraq onların xidmətlərini azaltmaq istəyirlər”, – Priqojin bəyan edib.

 

Bundan sonra rusiyalı hərbçilər səhvlərini düzəldərək, yeni pres-reliz dərc edib və orada belə sətirlər var:

 

“Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal edilən Soledarın şəhər məhəllələrinə bilavasitə hücumlara gəldikdə, bu döyüş tapşırığı “Vaqner qrupu” özəl hərbi şirkətin könüllü hücum dəstələrinin cəsarətli və fədakar hərəkətləri ilə uğurla həll edilib”.

 

Analitiklərin fikrincə, Priqojin, ehtimal ki, Soledardakı qələbədən özünün Rusiyada nüfuzunun yüksəldilməsi üçün istifadə etməyə can atır.

Mənbə

Share: